Mitinqdə Müsavatl başqanı Arif Hacılı, İsa Qəmbər, Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu və partiya tərəfdarları iştirak edirlər.
***
Mitinqin əsas iştirakçıları partiya üzvlərindən ibarətdir. Digər müxalifət partiyalarının rəhbərləri mitinqə qatılmayıblar. Gözlənildiyi kimi Müsavatın mitinqinə AXCP sədri Əli Kərimli və müavinləri, Milli Şura sədri Cəmil Həsənli, eləcə də digər müxalif partiya sədrləri gəlməyiblər. Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu da mitinqdə iştirak etmir.
Müsavat başqanının müavini Elman Fəttah mitinqə 1500 nəfərin gəldiyini iddia etsə də görünən mənzərə fərqlidir. Hazırda mitinqdə 300-350 nəfər civarında insan iştirak edir.
Polis əməkdaşları mitinqin keçirildiyi ərazidə təhlükəsizliyi qoruyurlar.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının bu günə təyin etdiyi mitinqlə bağlı müraciətinə razılıq verib.
***
Sonda mitinqin qətnaməsi oxunub. Himn sədaları altında mitinq qapalı elan edilib. Mitinqin tez yekunlaşma səbəbi kimi soyuq hava şəraiti göstərilib. Mitinq dinc formada başa çatıb.





Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


