`Müsavatın mitinqi sadəcə biabırçılıqdır`

`Müsavatın mitinqi sadəcə biabırçılıqdır`
  14 Dekabr 2014    Oxunub:1880
"Müsavat partiyasının bugünki mitinqi sadəcə olaraq biabrçılıqdır, insanları bir daha xəyal qırıqlığına uğratmaqdır".
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoyun sözlərinə görə, bu mitinq bir daha onu sübut etdi ki, Arif Hacılı son 20 il ərzində Müsavat partiyasının bütün təşkilati işlərinə belə rəhbərlik edib.

Başqanlığa keçmiş namizəd qeyd edib ki, həmişə olduğu kimi Arif Hacılı burada da saxtakarlığa yol verir:

"Burada da saxtakarlığa yol verirlər. Mitinq iştirakçılarının sayını 1500 nəfər deyirlər, halbuki, 200-300 nəfər insan var idi, onların da 70 faizi onların xəyanətkar adlandırdığı insanlardan ibarət idi. Təəssüflər olsun ki, Arif Hacılının zehniyyətinə uymuş müsavatçıları onlar rəzil günə qoydular".

S.Əlisoy əlavə edib ki, bu mitinq sadəcə Arif Hacılının piketidir.


Teqlər:





Xəbər lenti