“20 Yanvar” stansiyası bağlanmayıb

“20 Yanvar” stansiyası bağlanmayıb
  15 Dekabr 2014    Oxunub:2146
Metronun “20 Yanvar” stansiyasının girişindəki qapılarda problem yaranması ilə bağlı yayılan məlumatlara "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, N.Paşayev özünün facebook səhifəsində metronun “20 Yanvar” stansiyasına giriş bağlanmadığını açıqlayıb. O, bildirib ki, qapılarda da hər hansı problem yoxdur:

“ Sərnişin sıxlığı olduğu üçün təhlükəsizliklə əlaqədar sərnişin axınını nizamlamaq üçün tədbirlər görülür. Bütün bunlar stansiyada hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçündür. İstər qatarların hərəkətində, istərsə də stansiyada hər hansı nasazlıq, problem yoxdur”-deyə Nəsimi Paşayev bildirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti