Arif Hacılıya daha bir etiraz

Arif Hacılıya daha bir etiraz
  15 Dekabr 2014    Oxunub:1416
Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy partiyanın ötən gün keçirdiyi mitinqi ələ salıb.
AzVision.az xəbər verir ki, o, Facebook-da yazdığı statusda mitinqi dəfn mərasimi ilə müqayisə edib:

“Gördünüzmü, adam tarixi bir partiyanı nə günə qoydu. Rəzalət iştə budur. 21 ildir partiyanın 3 önəmli postunu işğal etmiş bir zatın kim olduğunu anlamaq bundan sonramı da zor bir iş? Yaxşı ki, Vurğun Əyyub başda olmaqla "xəyanətkar" adlandırılan müsavatçıların bir qismi orada idi. Yoxsa "xəyanətkar" Kamil Xəlilbəyli demiş aksiya dəfn mərasimini xatırladacaqdı. Yazıqlar olsun, Müsavatı bu günə qoyanlara.

P.S. Liderəm söyləyir, yerindən qalxan. Adamın üzündə həya gərəkdir!”.

Qeyd edək ki, Müsavat Partiyası ötən gün Məhsul stadionunda mitinq keçirib. Rəsmi məlumata görə, mitinqdə 400 nəfər iştirak edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti