Dəmiryol vağzalı nə vaxt köçürüləcək?

Dəmiryol vağzalı nə vaxt köçürüləcək?
  15 Dekabr 2014    Oxunub:4507
“Bakı Dəmiryol Vağzalının köçürülməsi ilə bağlı bizə rəsmi məlumat daxil olmayıb”.
Bunu AzVision.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. Qurum rəsmisi bildirib ki, vağzalın köçürülməsi kiçik bir iş deyil.

“Dəmiryolu böyük bir infrastrukturdur. Onun rabitə sistemi, deposu və digər sahələri var. Bunu köçürmək üçün müəyyən zaman lazımdır. Bununla bağlı bizə hər hansı bir rəsmi məlumat daxil olmayıb”-deyə N. Əzməmmədov vurğulayıb.

Qeyd edək ki, Böyük Bakının Regional İnkişaf Planında Bakı Dəmiryolu Vağzalının şəhərin mərkəzindən kənara çıxarılması nəzərdə tutulub. Belə ki, Bakı Dəmiryol vağzalı Biləcəri-Ələt ərazisinə köçürülə bilər.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti