Şahbaz Quliyevin səhhəti ilə bağlı AÇIQLAMA

Şahbaz Quliyevin səhhəti ilə bağlı AÇIQLAMA
  15 Dekabr 2014    Oxunub:2242
Ötən həftə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma “məhkəmə”si təxirə salındı. Buna səbəb Şahbaz Quliyevin “vəkili” Arkadiy İsrailyanın səhhətində yaranan problemlər, həmçinin “zərərçəkən” Vreja Balayanın məhkəməyə gəlməməsi deyilirdi. Həmçinin erməni mətbuatının yaydığı məlumata görə, girov Şahbaz Quliyevin səhhətinə problem yaranıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a açıqlamasında bildirib ki, komitə saxlanılan şəxslərə baş çəkir. Onun sözlərinə görə, girovların sağlamlıq durumu barədə ictimaiyyətə məlumat vermir:

“Bildiyimiz kimi sonuncu dəfə dekabr ayının 9-da Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkilib. Onlardan ailələrinə məlumat çatdırılıb, onlardan da ailəsinə çatdırmaq üçün məlumat alınıb. Girovlarımızın sağlamlıq durumuna gəlincə, komitə həmin şəxslərin səhhəti barədə açıqlama vermir”.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti