“İşləməyə yer tapmırıq...” - Yeni sədr

“İşləməyə yer tapmırıq...” - Yeni sədr
  15 Dekabr 2014    Oxunub:1848
Milli Nüvə Tətqiqatları Mərkəzinin sədri Adil Qəribov rəsmi olaraq bu posta təyinat alsa da hələ işinin icrasına başlamayıb.
A.Qəribov AzVision.az-a açıqlamasında buna səbəb kimi, mərkəzə yer ayrılmamasını göstərib:

“AMEA-ya illik hesabatımı hazırlamaq üçün gəlirəm. Mən burda işçi deyiləm, maaş da almıram. Əmək kitabçamı da Milli Nüvə Tətqiqatları Mərkəzinə göndəriblər. İndi buradakı əşyalarımı toplayıb, gedəcəyəm. Mən Azərbaycanın Milli Nüvə Tətqiqatları Mərkəzinin sədri təyin olunmuşam. Bizə yer verilsə, vəzifəmin icrasına başlayacağam. Hələ yerimiz də müəyyən edilməyib. İşçi də götürməmişik”.

Qeyd edək ki, Nazirlər Kabineti Milli Nüvə Tədqiqatları Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin (“MNTM” QSC) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar verib.

QSC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti