Neft Şirkətində daha bir faciə - ölən var- YENİLƏNİB

Neft Şirkətində daha bir faciə - ölən var- YENİLƏNİB
  15 Dekabr 2014    Oxunub:6953
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçisi bədbəxt hadisə nəticəsində ölüb.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şirkətin tabeliyində olan "Neftqazçıxarma" trestinin 4 saylı tikinti-quraşdırma idarəsində baş verib. Həmin idarədə elektrik vəzifəsində çalışan. 1951-ci il təvəllüdlü Bəhramov Simran Qarakişi oğlu estakadadan dənizə yıxılıb. O, boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, son vaxtlarda Neft Şirkətinin tikinti quraşdırma idarələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Neftqazçıxarma" trestində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Şirkətdən AzVision.az-a verilən məlumata görə, “Neftqaztikinti” trestinin 4 saylı Tikinti quraşdırma idarəsinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 6-cı dərəcəli elektrik montyoru Məhərrəmov Simran Qarakişi oğlu dekabrın 14-də saat 10:30 radələrində “Neft Daşları” ilə Civanov adası - 1741 saylı estakadayanı meydançanın arasındakı obyektdə ona tapşırılan işi yerinə yetirib qayıdarkən həmin meydançanın yaxınlığında özünü pis hiss edərək məhəccərdən tutub dayanıb və müvazinətini itirərək dənizə düşüb.
Əynində xilasedici gödəkcə olduğuna görə suyun üzərində qalan S.Məhərrəmov dərhal sudan çıxarılıb və onun vəfat etdiyi məlum olub. “Neft Daşları” tibbi sanitar hissəsinin həkimləri tərəfindən onun ürək tutmasından vəfat etdiyi bildirilib. Onun meyiti vertolyotla sahilə çıxarılaraq ölümünün səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün həkim tibbi ekspertizasına aparılıb. Tibbi ekspertizanın verdiyi ilkin rəyə görə mərhum ürək çatışmazlığından vəfat edib.





Teqlər:  





Xəbər lenti