Azərbaycanda bir gündə ikinci zəlzələ

Azərbaycanda bir gündə ikinci zəlzələ
  15 Dekabr 2014    Oxunub:1671
Bu gün Azərbaycanda ikinci zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan bu gün yerli vaxtla saat 11:25-da Xəzər dənizində qeydə alınıb.

Yerin 59 km dərinliyində baş verən zəlzələnin maqnitudası 3,1 bal olub. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu, gün ərzində regionda qeydə alınan ikinci zəlzələdir. Belə ki, bu gün yerli vaxtla saat 08:05:56-da Naxçıvandan 60 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Yerin 13 km dərinliyində baş verən zəlzələnin maqnitudası 4,4 bal olub.

Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.


Teqlər:



Xəbər lenti