MTN-dən narkotik əməliyyatı- Həbs edilənlər var
Nazirlik tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əhmədov Rəşad Vidadi oğlu və Qarayev Adil Dövlət oğlu saxlanılıblar. Keçirilən baxış nəticəsində onlardan 4 kiloqram 952,90 qram tiryək aşkar edilərək götürülüb.
Daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Nurəli Eldar oğlu saxlanılıb, ondan 500 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Bunyadov Taleh Mahmud oğlu, Əhmədov İbrahim Talıb oğlu, Məmmədov Ceyhun Rəhim oğlu, Əhmədov Rəşad Vidadi oğlu, Qarayev Adil Dövlət oğlu və Məmmədov Nurəli Eldar oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


