Mirqafar Seyidov və PKK-çılarla görüş

Mirqafar Seyidov və PKK-çılarla görüş
  15 Dekabr 2014    Oxunub:7869
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinin yeni təyin olunan rəisi Mirqafar Seyidovla görüşəcək.
Bu barədə AzVision.az-a E. Behbudov məlumat verib. O, görüşün yaxın günlərdə baş tutacağını qeyd edib:

“Görüşdə apardığımız monitorinqlərin yekunları və insan haqqlarının pozulması hallarını müzakirə edəcəyik”.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, Qaraçuxur məscidini yandıran PKK terrror təşkilatına məxsus Namiq Nəsibov və Elnur Ələkbərovla da görüşəcək: “Bu istiqamətdə iş gedir. Yaxın günlərdə onlarla da görüşəcəyəm”.


Teqlər:



Xəbər lenti