Əməkdar artistin ailəsində faciə

Əməkdar artistin ailəsində faciə
  15 Dekabr 2014    Oxunub:2772
Əməkdar artist Firuzə İbadovanın ailəsində illər əvvəl faciə baş verib.

AzVision.az axşam.az-a istinadən xəbər verir ki, "Düzünü desək" verilişinin qonağı olan müğənni qardaşının həyat yoldaşının eyvandan yıxılıb, dünyasını dəyişdiyini bildirib:

"Böyük qardaşımın yeganə oğlu Naxçıvanda əsgərlikdə idi. Uşaq ezamiyyətə gələndə qonşular qaçıb anasına deyir ki, Ceyhun gəlir. Həmin anda da qardaşımın yoldaşı ipdən paltar asırmış. Necə tələsibsə, paltarının düyməsi ipə ilişib, nə qədər edib çıxara bilməyib. İp onu dartıb. Yeddinci mərtəbədən yıxılmışdı. 39 yaşında elə oğlunun qollarında məzara getdi. O qədər övladının həsrətini çəkirdi... Çox böyük faciə idi. İndi də deyirlər ki, o gəlin şəhid oldu".




Teqlər:



Xəbər lenti