İlham Əliyevdən Krala təbrik

İlham Əliyevdən Krala təbrik
  15 Dekabr 2014    Oxunub:1526
Azərbaycan prezidenti İlham Əliyev Bəhreyn kralı şeyx Həməd bin İsa Al Xəlifəni təbrik edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Əlahəzrət, Bəhreyn Krallığının Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

AzVision.az


Teqlər:  



Xəbər lenti