“Azərbaycanda müxalifət yoxdur” – Rəsul Quliyev

“Azərbaycanda müxalifət yoxdur” – Rəsul Quliyev
  15 Dekabr 2014    Oxunub:2332
“Mən müxalifət partiyalarının liderlərini abır-həyaya dəvət edirəm Bu gün Azərbaycanda müxalifət yoxdur”.
AzVision.az xəbər verir ki, bu sözləri eks-spiker Rəsul Quliyev deyib. Özü müxalif cəbhəsində təmsil olunsa da R.Quliyev müxalifət liderlərini sərt tənqid edib və onları istefaya çağırıb:

“1993-cü ilin iyunundan postlarını itirmişlər 21 ildir bəlkə də qaytardılar röyası ilə yaşayırlar. Onlar 1993-cu ildən bu günə qədər müxalifətin axırına çıxdılar, indi müxalifət sözü Azərbaycanda söyüş kimi qəbul edilir. Mən bu partiyaların liderlərini abır həyaya dəvət edirəm, artıq 2 ildən çoxdur. Çıxıb getməkləri ilə yerlərini cavanlara verməklə xalqa xidmət etməyə çağırıram, ancaq bu mümkün olmayacaq, çünki bu insanlar heç vaxt, heç bir işdə işləməyiblər demoqoqqiyadan başqa əllərindən heç bir şey gəlmir”.

Anar Rüstəmov


Teqlər:  



Xəbər lenti