Rus rublu dünyada ən zəif valyuta oldu - ŞOK

Rus rublu dünyada ən zəif valyuta oldu - ŞOK
  16 Dekabr 2014    Oxunub:2888
Bazar ertəsi rus rublu üçün “qara gün” olub.
Azvision.az-ın “RBK”ya istinadən verdiyi məlumata görə, ötən gün rubl 8 faiz dəyərini itirib.

5 dekabra qədər rus rublu yalnız Ukrayna qrivnasından üstün idi. Bu ilin əvvəlindən isə rus rublu dollarla müqayisədə öz dəyərini 40%, Ukrayna qrivnası isə 46% itirib.

Bazar ertəsi qeydə alınan rekord düşüşdən sonra isə Rubl ilin əvvəlindən bəri qeydə alınan 48% dəyərsizləşmə göstəricisi ilə dünyanın ən zəif valyutası adını qazanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti