Sabirabadda faciə: bir ailənin 5 üzvü yanaraq öldü

Sabirabadda faciə: bir ailənin 5 üzvü yanaraq öldü
  16 Dekabr 2014    Oxunub:1921
Fövqəladə Hallar Nazirliyi Sabirabadda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

AzVision.az xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti