“Azəriqaz” gücləndirilmiş rejimə keçir

“Azəriqaz” gücləndirilmiş rejimə keçir
  16 Dekabr 2014    Oxunub:1076
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə dekabrın 31-dən etibarən gücləndirilmiş iş rejimində işləyəcək.
“Azəriqaz” İB-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədilə İB-də bütün zəruri tədbirlər görülüb və növbəli iş rejimi tətbiq olunacaq. Bundan əlavə, bayram günlərində qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar məhdudiyyətlər tətbiq edilməyəcək.

Eyni zamanda, 185 nömrəli qaynar xəttinin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək.

“Azəriqaz” İB bütün istehlakçıları təbii qazdan istifadə zamanı diqqətli olmağı və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi də xahiş edir.


Teqlər:  





Xəbər lenti