Firəngiz Əlizadə “Grammy”-yə namizəddir
Azərbaycan Bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə bir məşhur mükafata namizəd göstərilir.
Bu barədə AzVision.az açıqlama verən Firəngiz Əlizadə şad xəbəri “Hans Sikorski” Yayım Evinin xəbər lentindən əldə etdiyini deyib: "Orada üç bəstəkarın adı qeyd edilib. Bunlardan biri müasir musiqi sahəsində böyük müvəffəqiyyətlər əldə etmiş amerikalı bəstəkar Lera Auerbaxdır. Siyahıda adı qeyd olunan digər bəstəkar Meçislav Vaynberq - yaşlı nəslin nümayəndələrindəndir və onun “Anna Frankın gündəliyi” operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub. Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam. Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, mənim musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


