Azərbaycanda torpaq satışına 5 il qadağa

Azərbaycanda torpaq satışına 5 il qadağa
  16 Dekabr 2014    Oxunub:4995
Fərdi yaşayış evinin tikilməsi üçün bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməzlər.
AzVision.az xəbər verir ki, bu barədə məsələ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycancan Respublikası qanununa edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanuna əlavə edilən 9.8-ci maddədə qeyd olunur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasının müzakirə olunub və səsə qoyularaq qəbul olunub.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti