Nazirdən Olimpiada ilə bağlı ƏMR
Əmrdə bildirilir ki, məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları” təsdiq edilsin, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları bu Qaydalardan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər. İqtisadiyyat şöbəsi (R.Orucov) seçim turlarının keçirilməsi ilə əlaqədar və digər xərclərin smetasını hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim etsin.
Təşkilat Komitəsinin fəaliyyətinin və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin koordinasiyası nazirin müşaviri H.Əliyevə həvalə edilsin və informasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
Sevinc İltifatqızı
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


