Prezident Fikrət İsmayılova fərdi təqaüd verdi

 Prezident Fikrət İsmayılova fərdi təqaüd verdi
  16 Dekabr 2014    Oxunub:1824
Prezident İlham Əliyev Fikrət İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fikrət İsmayıl oğlu İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti