Taksi sürücüsünü 3 manata görə öldürdülər - VİDEO
Təqsirləndirilən şəxslər ilkin ifadələrində sürücünü onları təhqir etdiyi üçün qətlə yetirdiklərini deyiblər. Məlum olub ki, onlar mərhumun şalvarının cibindəki 3 manat pulu götürüblər. Sürücünün meyitini taksi kimi istifadə etdiyi 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar. Ceyhun Qurbanov öz maşını ilə onları Zaqatalaya aparırmış.
Qeyd edək ki, Ceyhun Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib.
Faktla bağlı istintaq davam edir.