Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  17 Dekabr 2014    Oxunub:1598
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara bölgəsində az yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 16-da Abşeron yarımadasında antisiklon hava tipi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 17-18-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin əsməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. hava


Teqlər:





Xəbər lenti