Bəşər Əsəd İsraili hədəfə aldı

Bəşər Əsəd İsraili hədəfə aldı
  09 May 2013    Oxunub:1146
Suriya prezidenti Bəşər əsəd İsrail aviasiyasının ölkəyə hava zərbələri endirməsinə münasibət bildirib.
Bu barədə Suriyanın dövlət xəbər agentliyi "Səna" məlumat verib. Bildirilib ki, İranın xarici işlər naziri Əli Əkbər salehi ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Əsəd "İsrailin hücumları və onlara verilən dəstək bir daha Qərbin ölkəni işğal etmək arzusunu təsdiqləyir" Ordunun gücü barədə danışan dövlət başçısı əsgərlərinin hər an Tsaxala layiqli cavab verməyə hazır olduğunu qeyd edib.

Əsədin iddialı çıxışlar etdiyi bir vaxtda isə Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama bəyan edib ki, axan qanın dayandırılması Vaşinqton üçün bir əxlaq, insanlıq məsələsidir. Bu arada məlum olub ki, Birləşmiş Ştatlar Suriya müxalifətinə humanitar məqsədlə daha 100 milyon dollar yardım ayırıb.

Bu yardımım 1 milyon 400 mini qonşu dövlətlərə sığınan qaçqınlara veriləcək. 9 milyon yarım isə ən böyük qaçqın ordusuna qucaq açan Türkiyəyə ayrılıb. Bundan başqa daha 25 milyon qida yardımı edilmək üçün suriyalı qaçqınlara paylanacaq ki, bununla da Birləşmiş Ştatların bu günə qədər Suriyaya yardım paketinin miqdarı ümumilikdə 500 milyon dollara çatacaq.

Bütün bu yaşananların fonunda Böyük Britaniyanın baş naziri Devid Kemeron maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, Rusiyaya səfər edəcək və prezident Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcək. Kemeron əllərində Əsədə sadiq ordu birləşmələrinin kimyəvi silahdan istifadə etməsi barədə tutarlı faktlar olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu faktları Moskvanın öhdəsinə buraxmaqla Suriya rejiminə dəstəkdən əl çəkməyə çağıracaq. Ölkədə isə gərgin vəziyyət davam edir. Ötən gün ordunun keçirdiyi əməliyyatlarda daha 88 nəfər həyatını itirib. Ölənlər arasında Nüsra Cəbhəsi liderlərindən olan Əbu Məhəmməd əl Cülaninin də olduğu bildirilir.


Teqlər:  





Xəbər lenti