Azərbaycan ağıllı aviabombalar istehsal edəcək

Azərbaycan ağıllı aviabombalar istehsal edəcək
  17 Dekabr 2014    Oxunub:1591
2015-ci ildə Azərbaycan ağıllı aviabombaların serialı istehsalına başlayacaq.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir bildirib ki, hazırda həmin bombalar test mərhələsindədir.

Qeyd edək ki, idarə olunana aviasiya bombaları "At-unut" prinsipi ilə işləyir. MSN adı çəkilən bombaların nümunələrini sentyabr ayında keçirilən "ADEX-2014" sərgisində nümayiş etdirib.

Nazir onu da bildirib ki, Müdafiə Sənayesi Nazirliyi (MSN) 2014-cü ildə xarici ölkələrə yüz milyon ABŞ dolları dəyərində ixracat həyata keçirib. Nazirin sözlərinə görə, hazırda Özbəkistan, Misir, Malayziya ilə ixracat istiqamətində danışıqlar aparılır: “Bu danışıqlar gələn ildə reallaşacağı təqdirdə nazirliyin ixracat həcmi bu ilkindən bir neçə dəfə çox olacaq”.

Y. Camalov, hazırda MSN müəssisələrində yeni məhsulların yaradılması və istehsalı istiqamətində işlər aparıldığını açıqlayıb. Nazir qeyd edib ki, eyni zamanda beynəlxaLq sərgilərdə Azərbaycanın hərbi sənaye potensialı nümayiş olunur.

Qeyd edək ki, bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə nazirliyin kollektivi və rəhbər şəxsləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.



Teqlər:  





Xəbər lenti