Uruqvay erməni yalanını ifşa etdi -XİN
Nazirlik rəsmisi qeyd edib ki, məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik nümayəndəliyi Uruqvayın Xarici İşlər Nazirliyinə müraciət edib.:
“Bu müraciətə cavab olaraq, Uruqvay Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırılıb. Danilo Astori bu məlumatın həqiqətə uyğun olmadığını, belə fikirlər səsləndirmədiyini və Uruqvayın rəsmi mövqeyinin münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarət olduğunu bildirdiyini deyib”.
Sevinc İltifatqızı
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


