`Mükafatımı vicdanımdan almışam` - Şirməmməd Hüseynov

`Mükafatımı vicdanımdan almışam` - Şirməmməd Hüseynov
  17 Dekabr 2014    Oxunub:2155
`Mən ən böyük mükafatı Mirzə Ələkbər Sabir demiş öz vicdanımdan almışam`
Bunu AzVision.az-a açıqlamasında ötən gün ölkə başçısı tərəfindən “Şərəf” ordeni ilə təltif olunan tanınmış jurnalist M.Ə. Rəsulzadə irsinin araşdırmaçısı Şirməmməd Hüseynov deyib. Qocaman jurnalist bildirib ki, insan ən böyük mükafatı öz vicdanından ala bilər:

“Amma cəmiyyətin, dövlətin verdiyi mükafat xeyirlidi və təşəkkür etmək lazımdır”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Ş.A. Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında jurnalist kadrların hazırlanmasında xidmətlərinə görə Şirməmməd Ağaməmməd oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilir.

Qeyd edək ki, qocaman jurnalistin bu il 90 illik yubileyi keçiriləcək.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti