Sabirabaddakı ailə faciəsi haqda məlumat

Sabirabaddakı ailə faciəsi haqda məlumat
  17 Dekabr 2014    Oxunub:1593
Daxili İşlər Nazirliyi Sabirabad rayonunda evdə yanaraq ölən bir ailənin 5 üzvü haqda açıqlama yayıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaratoğay kəndində evdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Hadisə dekabrın 16-da saat 06 radələrində baş verib.

Qaratoğay kənd sakini Mənsumə Rzayevaya məxsus evdə yanğın olub. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, M.Rzayevanın qızı Nəzakət, gəlini Lamiyə və onun azyaşlı qızları Mənsumə, Yağmur və Gülay yanaraq ölüb. Yanıq xəsarəti almış digər gəlini Sona xəstəxanaya yerləşdirilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti