“Qatar gecikəndə, saç yolarlar?” – AÇIQLAMA

“Qatar gecikəndə, saç yolarlar?” – AÇIQLAMA
  17 Dekabr 2014    Oxunub:3189
Son günlər Bakı Metropolitenində sərnişinlər arasında bəzi xoşagəlməz hadisələr baş verir. Sosial şəbəkələrdə yayılan görüntülərdən də göründüyü ki, hövsələsiz sərnişinlər sıxlıq zamanı bir-biriləri ilə mübahisə edir, əksər hallarda söz dueli əlbəyaxa davaya çevrilir. Sərnişinlər bu hadisələrdə Bakı Metropoliteni"ni günahlandırırlar. Bu cür mübahisələrin yaranmasına səbəb kimi qatarların gecikməsini göstərilir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, metro bir nəqliyyat vasitəsidir və texnikada müəyyən problemlər yarana bilər. Onun sözlərinə görə, qatarların gecikmə halları tamamilə yoxdur desək, yalan olar:

“Bəzən sərnişinlərin ucbatından da qatarlar gecikə bilir. Qapıların saxlanması, vaxtında minib-düşülməməsi və s. gecikmələrə səbəb olur. Amma bütün bunlar insanların bir-birinə qarşı münasibətində amansız olmalarına səbəb olmamalıdır. Deyək ki, metroda gecikmə olur, insanlar bir-birilərinin saçını yolurlar, bəs piyada gedəndə necə olur? Axı buna da səbəb metro deyil. Məncə insanlar artıq bir-birilərinə dözümsüzlük nümayiş etdirirlər. İnsanlarda aqressiya çoxalıb. Bu istər yeraltı nəqliyyatda, istərsə də yerüstü nəqliyyatda özünü göstərir”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti