İran Azərbaycanla sərhəddə aeroport tikəcək
Onun sözlərinə görə, Araz hava limanı 300 hektar ərazidə inşa olunacaq: "Araz aeroportunun tikintisi üçün vəsait ayırılıb. Hava limanında iri təyyarələrin enişi üçün də şərait yaradılacaq. Burada sərnişindaşıma ilə yanaşı, sənaye və kənd təsərrüfatı məhsullarının daşınması da həyata keçiriləcək".
Qeyd edək ki, İranın Azərbaycanla həmsərhəd olan Culfa rayonu ərazisində 9 il əvvəl yaradılan Araz azad ticarət-sənaye zonası 53 min hektar ərazini əhatə edir. Culfa şəhərindən başlayaraq Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. Zonanın Culfa şəhərində ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli-Xudafərin bölgəsində yerləşir. Artıq Azərbaycandan da bir neçə sahibkar bu zonada sərmayə qoyub.
(Trend)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


