Nazirdən mütaliə ƏMRİ

Nazirdən mütaliə ƏMRİ
  17 Dekabr 2014    Oxunub:2969
Azərbaycan Respublikası təhsil naziri ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləyib.

Qeyd olunanlara əsasən, ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə istiqamətləndirilməsi işində səmərəli sistemin yaradılması məqsədilə “Mikayıl Cabbarov əmr imzalayıb.

Nazirin əmrinə əsasən Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə müəyyən tapşıırıqlar verilib.
Belə ki, hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısı hazırlanacaq.

Əmrə əsasən məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahə¬sində Nobel mükafatına layiq görülmüş yazıçı¬ların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməsi; şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşlərinin keçirilməsi, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlan¬dırılması, müvafiq təbliğat işlərinin həyata keçirilməsi, şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşalarına aparılması və onların müzakirəsinin keçirilməsi, məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqə¬lərinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsi nəzərdə tutulub.

Əmrin yerinə yetirilməsinin gedişi barədə 2015-ci ilin aprelində Nazirliyə hesabat göndərsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

AzVision.az



Teqlər:



Xəbər lenti