Türkiyədə müalicə alan hərbçimiz vətənə qayıdıb- FOTO
S. Tahirzadə hazırda özünü yaxşı hiss etdiyini deyib: “Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm. İki ayağımdan əməliyyat olundum və hazırda özümü yaxşı hiss edirəm. Azərbaycan ordusunun əsgərlərinə səslənirəm: hər zaman ayıq-sayıq olun və vətəni göz bəbəyiniz kimi qoruyun”.
Qeyd edək ki, bu ilin avqustunda düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb. Əsgərlərin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb.
(APA)







Vaxtında, Aydın, Lazımlı!


