Prezidentdən Şeyxə təbrik

Prezidentdən Şeyxə təbrik
  17 Dekabr 2014    Oxunub:1813
Azərbaycan prezidenti İlham Əliyev ətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, tərbrikdə deyilir:

Əlahəzrət, Qətər Dövlətinin Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan-Qətər dostluğu və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim sülh və rifah diləyirəm.

AzVision.az


Teqlər:



Xəbər lenti