“Müxalifət xalqa yalan danışır”- Rəsul Quliyev

“Müxalifət xalqa yalan danışır”- Rəsul Quliyev
  17 Dekabr 2014    Oxunub:3056
“Bu günki müxalifətin 90 faizi 90-cı illərdən qalma müxalifətçilərdir. O vaxt 30-35 yaşları olanlar, artıq 50-60-ı haqlayıb, bəziləri isə 60-70-dədir. Həmin o yetişməmiş yaşlarından siyasətin mahiyyəti məqsədinə çatmaq üçün istənilən yalanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlar idealogiyasına söykənib eyni siyasətlərini 24 ildir davam etdirirlər”.
Bu fikirləri eks-spiker Rəsul Quliyev səsləndirib. Müxalifəti sərt tənqid edən R.Quliyev siyasətçiləri xalq deyil. ancaq ölkəsinə düşmən olan və ya aldatmaq istəyən ölkələrə qarşı hiyləgərlik edə bilər. Yalan danışa və aldada bilər. Bunlar hamısı yenədə öz xalqına xidmət etməlidir.

Belə bir yolu idealogiya kimi qəbul etmiş müxalifətçilərin xalqın inam və ümidini absolyut itirəcəklərinə şübhə ola bilməzdi. İndi onların hökümətə qarşı müxalifətçilik imkanları sıfıra bərabərdir. Camaat artıq onların müxalifətçilik imitasiyalarına da məhəl qoymur. Ancaq gənc yaşlarından yalan pafoslu şüarlarla, demoqoqik çıxışları ilə diqqəti cəlb etməyə öyrənmişlərin artıq 50-70 yaşlarında dəyişmək şansları yoxdur. Hökümətə müxalifətçiliklə diqqəti cəlb edə bilmədiklərinə görə, obyekt olaraq bir birlərini seçiblər”.

AzVision.az


Teqlər:



Xəbər lenti