Bakıda silah-sursat aşkarlandı

Bakıda silah-sursat aşkarlandı
  18 Dekabr 2014    Oxunub:1144
Binəqədidə döyüş sursatları tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Binəqədi rayonunda döyüş sursatları aşkarlanıb.

Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursatlara baxış keçiriblər.

Məlum olub ki, bunlar istifadəyə yararlı 2 ədəd RQD-5 markalı əl qumbarası, 1 ədəd UZRQM, 1 ədəd Beretta tapançası, 2 ədəd 26 millimetrlik işıqlandırma patronu, 11 ədəd 5.45 millimetrlik təlim patronu, 1 ədəd 9 millimetrlik patrondur. Sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 06:25-də başa çatıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti