`Sevincimin həddi-hüdudu yox idi` - Murad Dadaşov

`Sevincimin həddi-hüdudu yox idi` - Murad Dadaşov
  19 Dekabr 2014    Oxunub:1713
“Mən dünən çox vacib iş görüşməsində idim. Çoxlu təbrik mesaları gəlirdi. Mən də anlamıram. Ad günüm dekabrın 21-dir. Düşündüm yəqin çaşıb indidən təbrik edirlər. Daha sonra həyat yoldaşım zəng edib bu xoş xəbəri mənə verdi”.
Bu sözləri Azərbaycan prezidentinin sərəncamı ilə “Əməkdar artist” adına layiq görülməsini şərh edərkən şoumen Murad Dadaşov söyləyib.

O, qeyd edib ki, bu onun üçün gözlənilməz olub və eşidəndə sevincinin həddi-hüdudu olmayıb.”Bu sərəncam mənim üçün həqiqətən yerinə düşdü. Çünki yaşım az olsa da illərin yorğunluğu var canımda. Əziyyətimin bəhrəsin görmək çox xoşdur”.

Murad Dadaşov dövlət başçısına da təşəkkür edərək bunun təkcə onun deyil, həmçinin tamaşaçılarının da uğuru olduğunu vurğulayıb.(Ans)


Teqlər:





Xəbər lenti