Hərbi şəhərcik susuz qalacaq

Hərbi şəhərcik susuz qalacaq
  19 Dekabr 2014    Oxunub:1437
Suyun verilişi məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az-a “Azərsu” ASC -nin mətbuat xidmətindən məlumat verilib.

Abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə əlaqədar 19 dekabr 2014-cü il tarixdə gün ərzində 3-cü Alatava yaşayış massivinin, A.Salamzadə, C.Məmmədquluzadə küçələrinin bir hissəsinə və hərbi şəhərcik ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az



Teqlər:  



Xəbər lenti