Fərhat Göçər Alim Qasımovla eyni səhnədə - VİDEO

Fərhat Göçər Alim Qasımovla eyni səhnədə - VİDEO
  19 Dekabr 2014    Oxunub:2905
Türkiyənin məşhur müğənnisi Fərhat Göçər yenidən Gəncədə konsert verəcək.
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, konsertdə F.Göçərlə yanaşı Xalq artisti Alim Qasımov da iştirak edəcək.

Bundan əlavə, konsert proqramında Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və “Natiq” ritm qrupu çıxış edəcək.

Bildirək ki, konsert proqramı dekabrın 22-də saat 17:00-da, İcra Hakimiyyətinin binası qarşısında baş tutacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti