AMEA prezidenti nədən narazıdır?
AMEA-nın prezidenti qeyd edib ki, 2015-ci ildə Elmlər Akademiyası özünün 70 illiyini qeyd edəcək. Onun sözlərinə görə, lakin Azərbaycan elminin tarixi heç də bu 70 illə məhdudlaşmır, çox qədimdir: "Biz böyük fəxarət hissi ilə qeyd edə bilərik ki, bir çox sahələrdə Azərbaycan alimləri öz sözlərini deməyə həmişə qadir olublar.
A.Əlizadə qeyd edib ki, nə qədər keçmişlə fəxr olunsa da, etiraf edilməlidir ki, bütün postsovet məkanında elm dərin böhrandan hələ ki, çıxa bilməyib: "Elmin müasir infrastrukturunun yaradılması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, elmi araşdırmaların yeni maliyyələşmə mexanizmləri hələ də müzakirələr səviyyəsindən konkret praktiki müstəviyə keçirilə bilməyib".
A.Əlizadə vurğulayıb ki, bu gün akademik elmin ən böyük problemi onun sürətlə qocalması və gənc yüksəkixtisaslı kadrların qıtlığıdır: "Bizə lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bütün bu adıçəkilən və çəkilməyən, amma hamımıza yaxşı məlum olan problemlərin həlli üçün biz gərək səylərimizi birləşdirərək ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olaq".
Teqlər: