“Ad günümü anamla keçirdim” – Elton Məmmədov

“Ad günümü anamla keçirdim” – Elton Məmmədov
  19 Dekabr 2014    Oxunub:3146
“Prezidentimizə dərin təşəkkürümü, hörmət və ehtiramımı bildirirəm”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Elton Məmmədov ötən gün ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsinə münasibət bildirərkən deyib.

Elə həmin gün doğum gününü qeyd edən millət vəkili bu ordenin onun üçün böyük hədiyyə olduğunu qeyd edib:

“Ötən gün tam ailəmizlə birlikdə və anamın ağbirçəkliyi ilə öz doğum günümü qeyd etdik”.

Xatırladaq ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev E.A. Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elton Arzuman oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilir.

Məlumat üçün bildirək ki, Məmmədov Elton 1954-cü il dekabrın 18-də Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Tomsk İnşaat Mühəndisləri İnstitutunun avtomobillər və avtomobil təsərrüfatı fakültəsini bitirib. Texnika elmləri namizədidir. Azərbaycan Texniki Universitetinin professorudur. Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professorudur. Tomsk şəhərinin fəxri vətəndaşıdır. MDB-nin «Sodrujestvo» ordeni ilə təltif edilib. .

1978-ci ildən «Azərətbalıq» sənaye birliyində maşinist işləyib. 1979-cu ildən «Tomlessurs» birliyində maşinist, Tomsk idman və tamaşa kompleksinin xidmət rəisi, baş mühəndisi və direktoru olub.

1989-cu ildən Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyinin avtomobillərin təmiri zavodunda mühəndis, «Bakavtobusservis» birgə müəssisəsinin direktoru işləyib.1992-ci ildən «Auditor» elm-istehsal firmasının direktoru, «Simvol» firmasının direktoru, 1997-ci ildən «Azərnəqliyyat» Dövlət Konserninin avtonəqliyyat müəssisəsinin direktoru, «Baktrans» Səhmdar Cəmiyyətinin sədri, 1998–2000-ci illərdə «Azərtrans» nəqliyyat ekspeditor şirkəti baş direktorunun müavini vəzifələrində çalışıb.

Bitərəfdir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Evlidir, 2 övladı var.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti