Sürücülərə müjdə - bu yol gələn il açılacaq

Sürücülərə müjdə - bu yol gələn il açılacaq
  19 Dekabr 2014    Oxunub:1775
Gələn ilin birinci rübündə Bakının Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun istismara verilməsi nəzərdə tutulur.
AzVisionaz xəbər verir ki, bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq planlaşdırılan yol 8 hərəkət zolağından ibarət olacaq. Layihə üzrə yolun üstündə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidi nəzərdə tutulub. Artıq piyada keçidlərində tikinti-quraşdırma işləri başa çatdırılıb, hazırda həmin ərazilərdə abadlıq işləri aparılır. Bundan əlavə, yolda asfalt-beton örtüyünün döşənməsi işinin böyük hissəsi başa çatdırılıb. Hazırda səki daşları düzülür.

Eni 45 m olacaq yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün nəzərdə tutulur.

Ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra Neftçilər və Nobel prospektlərinin yükü xeyli azalacaq. Bundan əlavə, yaxın gələcəkdə sözügedən yoldan "Ağ şəhər" ərazisinə nəqliyyat bağlantısı yaradılacaq.

AzVisionaz



Teqlər:  



Xəbər lenti