Sarkisyan qələbə gününü Şuşada qeyd etdi

Sarkisyan qələbə gününü Şuşada qeyd etdi
  10 May 2013    Oxunub:1348
Ermənistan prezidenti Dağlıq Qarabağda İkinci Dünya Müharibəsində qələbənin 68-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinə qatılıb.
9 May Qələbə günü Ermənistanda və Dağlıq Qarabağda həmçinin “Qarabağ Müdafiə Ordusunun yaranması günü və Şuşanın azad edilməsinin 21-ci ildönümü” kimi qeyd olunur.

Mayın 8-də Azərbaycanda Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 11-ci ildönümü müxtəlif tədbirlərlə qeyd olunub.

Ermənistan prezidentinin mətbuat xidmətindən alınan məlumata görə, “Serj Sarkisyan Dağlıq Qarabağın de-fakto rəhbərliyi və Ermənistan nümayəndə heyəti və başqa qonaqların müşayiəti ilə Stepanakertdə(Xankəndində) Xatirə Kompleksinə baş çəkib, Böyük Vətən müharibəsində və Artsax müharibəsində həlak olanların xatirə abidəsi önünə əklil qoyub”.

Serj Sarkisyan həmçinin Şuşada “Tank” abidəsi və Ermənistan ordusunun banisi hesab edilən sabiq Ermənistan müdafiə naziri və baş naziri Vazqen Sarkisyanın heykəli önünə əklil qoyub.

Şuşada Ermənistan prezidenti təsviri incəsənət muzeyinin açılış mərasimində iştirak edib.

Məlumata əsasən, “Serj Sarkisyan “Qarabağ müharibəsi veteranları” ictimai təşkilatın ofisinin açılışında və axşam Stepanakert/Xankəndində Dirçəliş meydanında bayram konsertində iştirak edəcək”./BBCAzərbaycanca/


Teqlər:





Xəbər lenti