Metropolitendən təkzib: `Bu yalan xəbərdir`

Metropolitendən təkzib: `Bu yalan xəbərdir`
  19 Dekabr 2014    Oxunub:1938
Azərbaycanda 2015-ci ildə keçiriləcək Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar olaraq bəzi addımlar atılır. Deyerler.org-un əldə etdiyi məlumatlara görə ciddi maliyyə tələb edən layihələr dayandırılaraq, bütün vəsaitlər bu istiqamətə cəlb olunur. Bu cür layihələrdən biri də Bakıda bir neçə metro stansiyasının və bir neçə metro çıxışlarının tikintisidir. Bu da məlum olduğu kimi ciddi maliyyə vəsaiti tələb edən işlərdəndir.

Saytın redaksiyasına daxil olan məlumatlarda qeyd olunur ki, bu istiqamətdə gedən işlər də müvəqqəti olaraq dayandırılır. Belə ki, məlumatda qeyd olunur ki, artıq 22 dekabrdan yeni tikilən metro stansiyalarında və metro çıxışlarının tikintisində işləyən 900 nəfərdən artıq işçi öz hesablarına məzuniyyətə yola salınacaqlar. Bu məzuniyyət Yay Olimpiya oyunları bitənədək davam edəcək.

Mövzu ilə bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, məlumatlar təmami ilə həqiqətə uyğun deyil:

"Hal-hazırda bütün satansiyalarda işlər normal qaydada davam edir. Heç bir kəs də məzuniyyətə göndərilmir. Belə bir məsələ yoxdur. Bu mövzu heç müzakirəyə belə çıxarılmayıb".



Teqlər:



Xəbər lenti