Fransada yeni virus tapıldı

Fransada yeni virus tapıldı
  10 May 2013    Oxunub:1163
Fransada yeni öldürücü virus aşkar olunub.
AzVision.az-ın xarici mətbuatına istinadən verdiyi məlumata görə, Fransanın Səhiyyə Nazirliyi bildirib ki, aprel ayında xəstəxanaya yerləşdirilən şəxs yeni koronavirusa yoluxub. Həmin şəxs Ərəbistan yarımadasında yerləşən BƏƏ ölkəsinə səfər edibmiş.

NCoV virusu Yaxın Şərqdə, xüsusilə də, Səudiyyə Ərəbistanında insanlar arasında yayılıb. Virus şiddətli soyuqlama nəticəsində yaranır. O, sətəlcəm və böyrək çatışmazlığına gətirib çıxara bilər.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu virusa yoluxan 31 nəfərdən 18-i ölüb.

NCoV virusu ilk dəfə Fransada tapılıb. Virusa yoluxan şəxsin təmasda olduğu insanlar yoxlanılır.

AzVision.az


Teqlər:





Xəbər lenti