Üç maşın toqquşub, bir ölü

Üç maşın toqquşub,  bir ölü
  10 May 2013    Oxunub:1397
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 00.40 radələrində Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində, 20 yaşlı Hüseynzadə Vüsal Nəzərəli oğlunun idarə etdiyi «Mercedes Benz E-class» markalı maşınla, 31 yaşlı Bakı şəhər sakini Xəlilov Elmar Nəbi oğlunun idarə etdiyi «Wolksvagen Passat» markalı maşın və 25 yaşlı Bakı şəhər sakini Quliyev Vüsal Vaqif oğlunun idarə etdiyi «Vaz 21099» markalı maşın toqquşub.

Baş vermiş yol nəqliyyat hadisəsi zamanı «Wolksvagen Passat»ın sərnişini 42 yaşlı Bakı şəhər sakini Kərimova Gözəl Davud qızı aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işı açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti