“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçdi

“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçdi
  22 Dekabr 2014    Oxunub:1093
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabr 2014-cü il tarixindən başlayaraq 05 yanvar 2015-ci il tarixədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Dövlət Neft Şirkətindən AzVision.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.

185 nömrəli qaynar xəttin və 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Birliyin Qaz təsərrüfatının istismarı şöbəsində və yerli qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti