Xalq artistlərindən İlham Əliyevə məktub

Xalq artistlərindən İlham Əliyevə məktub
  22 Dekabr 2014    Oxunub:2128
Xalq artistləri - Gülyaz və Gülyanaq Məmmədovalar və Ramiz Əzizbəyli prezident İlham Əliyevə məktub göndəriblər.
AzVision.az xəbər verir ki, xalq artistləri prezidentə təşəkkür ediblər:

Bacıların məktubunda deyilir: “Möhtərəm cənab Prezident! Respublikanın “Xalq Artisti” fəxri adına layiq görülməyimizlə əlaqədar Sizə minnətdarlıq edir, Azərbaycan incəsənətindəki fəaliyyətimizi yüksək qiymətləndirdiyiniz üçün dərin təşəkkürümüzü bildiririk.

Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə apardığınız böyük işdə tükənməz qüvvət arzulayırıq”.

R.Əzizbəylinin təşəkkür məktubunda bildirilir: “Böyük ailəmin sevincinə səbəb olan Sərəncamınız ilə əlaqədar sevincimi Sizinlə bölüşür və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:





Xəbər lenti