Bu mağazalardan mal almayın- SİYAHI

Bu mağazalardan mal almayın- SİYAHI
  22 Dekabr 2014    Oxunub:2447
Nazirlik keyfiyyətsiz malların satışını həyata keçirən mağazaları aşkarlayıb.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Abşeron rayonunda

- Məmmədli kəndində Fərahim Cəfərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Suraxanı rayonunda

- Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 3 ünvanında Elçin Məmiyevə məxsus mağazada;


Ağcabədi şəhərində

- H.Əliyev prospektində Rüfət Novruzzadəyə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Suraxanı rayonunda

- Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 283 ünvanında Nəriman İsayevə məxsus mağazada;
- Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində Rafael Ramazanova məxsus mağazada;


Abşeron rayonunda

- Xırdalan şəhəri, 27-ci məhəllədə Azad Ağayevə məxsus mağazada;


Gəncə şəhərində

- Dədə Qorqud küçəsində Rövşən Əsədova məxsus mağazada;
- T.Arani küçəsi, 7 ünvanında Zoya Həsənovaya məxsus mağazada;


Ağcabədi rayonunda

- Aşağı Avşar kəndində Şiraslan Hüseynova məxsus mağazada;
- Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində Ülkər Abbasovaya məxsus mağazada;


Xudat şəhərində

- 1 May küçəsində Arzu Hacıyevə məxsus mağazada;


Cəlilabad şəhərində

- Füzuli küçəsində Zülfüqar Seyfullayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti