İordaniya İsrail səfirini qovacaq

İordaniya İsrail səfirini qovacaq
  10 May 2013    Oxunub:1117
İordaniya parlamenti İsrail səfirini ölkədən çıxarmaq barədə razılıq əldə edib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İordaniya parlamentinin aşağı palatası İsrail səfiri Daniel Nevonun ölkəni tərk etməsi barədə səsvermə keçirib. Eyni zamanda, İordaniya hökuməti Təl-Əviv şəhərindəki səfiri Valid Obeydatı geri çağırıb.

Səfirin krallıqdan çıxarılmasına səbəb İsrailin Əl-Aksa məscidinə müsəlmanları buraxmaması olub. Beləki, ekstremist sakinlər fələstinliləri məscidə daxil olmağa qoymayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti