MSK sədri seçki ilə bağlı mətbuat konfransı keçirdi

MSK sədri seçki ilə bağlı mətbuat konfransı keçirdi
  23 Dekabr 2014    Oxunub:1980
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.
AzVision.az xəbər verir ki, MSK sədri bildirib ki, seçkilərdə ümumilikdə 37 077 namizəd qeydə alınıb. Onun sözlərinə görə, seçkiləri 50 mindən artıq müşahidəçi işləyəcək.

“Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 11607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək. Səsvermə 5015 məntəqədə baş tutacaq. Bunun 4887-si daimi, 128-i müvəqqəti yaradılan məntəqədir”.

M.Pənahov onu da qeyd edib ki, şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb kameralar quraşdırılıb.

MSK sədri əmin olduğunu bildirib ki, seçicilər seçkilərə məsuliyyətlə yanaşacaq və seçici fəallığı təmin ediləcək.

M.Pənahov onu da əlavə edib ki, gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat veriləcək.

Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və səsverməyə start verilib.

Anar KƏLBİYEV


Teqlər:  





Xəbər lenti